Bakcell
| Bakcell | |
|---|---|
| "Bakcell" Məhdud Məsuliyyətli Cəmiyyəti | |
| | |
| Ümumi məlumatlar | |
| Tipi | Məhdud məsuliyyətli cəmiyyət |
| Sənaye | Telekommunikasiya, mobil rabitə |
| Məhsulları | Mobil rabitə, mobil internet (4G/LTE, VoLTE, eSIM), korporativ xidmətlər |
| Təsis tarixi | 4 mart 1994[1] |
| Baş qərargahın yeri | Bakı, Azərbaycan |
| Struktur | |
| Ana şirkət | NEQSOL Holding[2] |
| Rəhbərlik | |
| Baş icraçı direktor | Qunnar Panke (2026-cı ildən)[3] |
| bakcell.com | |
Bakcell — Azərbaycanın mobil rabitə operatoru. 1994-cü ildə təsis edilmiş və ölkədə mobil rabitə xidməti göstərən ilk şirkət olmuşdur.[4][1] Şirkətin məlumatına görə, 3 milyondan artıq abunəçiyə xidmət göstərir.[4] Ölkənin mobil rabitə bazarında Azercell və Azerfon (Nar) ilə rəqabət aparır.[5]
2005-ci ildən Azərbaycanın NEQSOL Holding şirkətlər qrupuna daxildir.[2] 2026-cı ilin iyun ayından şirkətin baş icraçı direktoru Qunnar Pankedir.[3]
Tarixi
[redaktə | vikimətni redaktə et]Yaranması və özəlləşdirilməsi (1994–2004)
[redaktə | vikimətni redaktə et]"Bakcell" 1994-cü il martın 4-də təsis edilmiş və analoq standartlı ETACS operatoru kimi fəaliyyətə başlamışdır.[1] Rouminq xidməti 1999-cu ildə istifadəyə verilmişdir. Şirkətin özəlləşdirilməsi 2003-cü ildə başa çatmış, 2004-cü ilin yanvarından Bakcell tam özəl kapitallı şirkət kimi fəaliyyət göstərir.[1]
NEQSOL Holding dövrü (2005 – hazırkı dövr)
[redaktə | vikimətni redaktə et]NEQSOL Holding 2005-ci ildə Bakcelli satın alaraq telekommunikasiya sahəsinə daxil olmuşdur. Holdinq neft-qaz, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərir; 2019-cu ildə "Vodafone Ukrayna" operatorunu da almışdır.[2]
Texnoloji inkişaf
[redaktə | vikimətni redaktə et]| İl | Hadisə |
|---|---|
| 2013 | "Ulduzum" loyallıq proqramı təqdim olunub[6] |
| 2015 | Azərbaycanda ilk dəfə 4G LTE əsasında kommersiya xidmətləri təqdim edilib[1][7] |
| 2017 | "HD Voice" texnologiyası istifadəyə verilib; 4G xidməti Gəncədə istifadəyə verilib[1] |
| 2018 | "Mənim Bakcellim" mobil tətbiqi təqdim olunub;[8] Bakı Metropolitenində 4G xidməti təqdim edilib[1] |
| 2019 | 4G şəbəkəsi bütün ölkə ərazisini əhatə edib; şirkət Formula 1 Azərbaycan Qran-prisinin rəsmi dəstəkçisi olub[1] |
| 2020 | "099" prefiksi istifadəyə verilib[9] |
| 2022 | Azərbaycanda ilk dəfə VoLTE və eSIM xidmətləri istifadəyə verilib[10][11] |
| 2023 | 5G şəbəkəsi Bakının bəzi ərazilərində sınaq rejimində istifadəyə verilib[12] |
Rəhbərlik
[redaktə | vikimətni redaktə et]Şirkətin baş icraçı direktoru Klaus Müller 2026-cı il fevralın 6-da vəzifəsindən ayrılmışdır.[13] 2026-cı il iyunun 8-də telekommunikasiya sahəsində 35 ildən artıq beynəlxalq təcrübəyə malik Qunnar Panke baş icraçı direktor təyin edilmişdir. Panke əvvəllər Azərbaycan, Almaniya, Fransa və Rumıniyanın telekommunikasiya şirkətlərində rəhbər vəzifələrdə çalışmışdır.[3]
Şəbəkə və əhatə
[redaktə | vikimətni redaktə et]İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin məlumatına görə, Bakcell şəbəkəsi ölkə əhalisinin 99,9%-ni, ərazisinin isə 92,6%-ni əhatə edir.[5]
Şəbəkə keyfiyyəti müstəqil təşkilatlar tərəfindən də qiymətləndirilmişdir. 2017-ci ildə "P3 Communications" şirkəti Bakcelli sınaq nəticələrinə görə Azərbaycanda ən yaxşı şəbəkə ("Best in Test") adlandırmışdır.[14] "Ookla" şirkətinin "Speedtest Awards" qiymətləndirməsində Bakcell 2024-cü ilin birinci yarısında Azərbaycanın ən sürətli mobil şəbəkəsi seçilmişdir; bu dövrdə ortalama yükləmə sürəti 55,36 Mbit/s olmuşdur.[15]
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- 1 2 3 4 5 6 7 8 "Mühüm tarixlərimiz". Bakcell (az.). İstifadə tarixi: 27 oktyabr 2026.
- 1 2 3 "Ümumi məlumat". NEQSOL Holding (az.). 23 yanvar 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 oktyabr 2026.
- 1 2 3 "Bakcell yeni baş icraçı direktor təyinatını elan edib". Trend (az.). 8 iyun 2026. İstifadə tarixi: 27 oktyabr 2026.
- 1 2 "Haqqımızda". Bakcell (az.). İstifadə tarixi: 27 oktyabr 2026.
- 1 2 "Azərbaycanın mobil operatorları haqqında ümumi məlumat" (az.). İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi. 23 yanvar 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 yanvar 2025.
- ↑ "Ulduzum haqqında". Ulduzum (az.).
- ↑ "Bakcell ən qısa müddətdə LTE şəbəkəsi üzrə ən böyük layihəni həyata keçirib". Qafqazinfo (az.).
- ↑ ""Mənim Bakcellim": mobil nömrənizin balansını smartfondan idarə edin". Oxu.az (az.).
- ↑ ""Bakcell" yeni "099" prefiksini istifadəyə verib". Oxu.az (az.).
- ↑ ""Bakcell" 4G üzərindən səs xidmətini istifadəyə verib - Ölkədə ilk". APA (az.). 23 may 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 yanvar 2025.
- ↑ "Bakcell eSIM istifadəyə verdi - Azərbaycanda ilk". Trend (az.).
- ↑ "Bakcell 5G texnologiyasını istifadəyə verib - FOTO". APA (az.). 1 fevral 2023. İstifadə tarixi: 27 oktyabr 2026.
- ↑ ""Bakcell"in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb". Oxu.az (az.). 14 aprel 2026. 15 aprel 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 aprel 2026.
- ↑ "Bakcell recognized as the "best in test" mobile network in Azerbaijan". Report.az (ingilis).
- ↑ "Bakcell – Fastest Mobile Network Azerbaijan (Q1–Q2 2024)". Speedtest Awards (ingilis). Ookla. İstifadə tarixi: 27 oktyabr 2026.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- bakcell.com — rəsmi saytı