Məzmuna keç

Ana səhifə

Vikipediya, azad ensiklopediya

Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Hal-hazırda Azərbaycanca Vikipediyada 217.928 məqalə mövcuddur.

  • Məqalə yarat
  • Mündəricat
  • Kömək istə
  • Cəsur ol!
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Assassin's Creed Syndicate — "Ubisoft Quebec" studiyası tərəfindən istehsal olunmuş və "Ubisoft" şirkəti tərəfindən 2015-ci ildə yayımlanmış döyüş-macəra janrında olan videooyun. Bu, 23 oktyabr 2015-ci il tarixində "PlayStation 4" və "Xbox One", 19 noyabr 2015-ci il tarixində isə "Windows" platformaları üçün buraxılmışdır. Bu oyun "Assassin's Creed" seriyasının doqquzuncu əsas buraxılışı olmaqla, 2014-cü ildə satışa çıxarılmış "Assassin's Creed Unity" oyununun sikvelidir.

Oyunun süjeti real tarixi hadisələrin bədii təsvirinə əsaslanan "Assassin's Creed" franşizasının ümumi konsepsiyasına uyğun gəlir. Burada sülh və azadlığı müdafiə edən assassinlər ilə sülhə tam nəzarət vasitəsilə nail olmaq istəyən tampliyerlər ordeni fraksiyaları arasında əsrlər boyu davam edən gizli müharibədən bəhs olunur.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Puritan — heykəltəraş Oqastes Sent-Qodens tərəfindən yaradılmış bürünc heykəl. ABŞ-nin Sprinqfild şəhərində yerləşir. Əsər o qədər məşhur olmuşdur ki, dünyanın 20-dən çox şəhəri, muzeyi, universiteti və şəxsi kolleksiyası üçün təkrar hazırlanmış, sonradan isə şəhərin rəsmi simvollarından birinə çevrilərək bələdiyyə bayrağında təsvir edilmişdir. Heykəl əvvəlcə şəhərin Stirns meydanı üçün nəzərdə tutulmuşdu, lakin, 1899-cu ildən etibarən "The Quadrangle" yaxınlığında, "Chestnut" və "State Street" küçələrinin küncündə yerləşdirilmişdir.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Fullmetal Alchemist fəsillərinin siyahısı — yapon manqaka Hiromu Arakava tərəfindən yazılmış və hazırlanmışdır. Manqa seriyasının yayımlanması 2001-ci ilin avqustunda "Square Enix"-in "Monthly Shonen Gangan" jurnalında başlanılmış, 2010-cu ilin iyulundakı nəşri ilə (2010-cu ilin iyununda nəşr olunmuşdur) başa çatmışdır. Bu müddətdə manqa seriyasının 108 fəsli nəşr olunmuşdur. Manqa Edvard və Alfons Elrik adlı iki əlkimyagər qardaşın başına gələn hadisələrdən bəhs edir. Onlar ölmüş analarını geri qaytarmağa çalışarkən itirdikləri bədən üzvlərini geri qaytarmaq üçün fəlsəfə daşının axtarışına çıxırlar. Edvard orduya qatılır və ordunun tərkibində ikən ordunun da daşın axtarışında olduğunu öyrənir.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli