Nərd

Nərd — şərq masaüstü oyun növü.
Nərd oyunu qədim tarixə malikdir. Bu oyunun İranda meydana gəldiyi ehtimal olunur. Oyunun qaydaları tarixən astroloji görüşlərdə (münəccimlik) izah edilmişdir. Buna bənzər oyunlar, hələ qədim Yunanıstanda və Romada, bir sıra qədim Şərq ölkələrində mövcud imiş.
Nərd oyunu 24 xanalı lövhə – nərdtaxta üzərində 30 daş (15 ağ və 15 qara) və bir cüt zərlə iki nəfər arasında keçirilir. Hər oyunçu öz daşlarını atdığı zərlərin üst xallarına müvafiq olaraq, xanalar üzrə, rəqib daşlarının əks istiqamətində hərəkət etdirir. Bütün daşlarını son hissəyə yığıb, oradan daha tez çıxaran oyunçu qalib sayılır.
Nərdin 24 xanası günün 24 saatına, daşların ağ və qara olması gecə və gündüzə işarədir. Zərdə qarşı-qarşıya duran üzlərdəki xalları topladıqda 7 alınır ki, bu da yeddi planetin sayına işarədir.
Tarixi
[redaktə | vikimətni redaktə et]Sasani imperiyası dövrü
[redaktə | vikimətni redaktə et]Stolüstü oyun kimi nərd bizim eranın 3-6-cı əsrlər arasında ortaya çıxıb. Bir mətndə onu Sasani sülaləsinin banısı I Ərdəşir ilə əlaqələndirərkən, digər bir mətn nərdin ixtiraçısı kimi Xosrov şahın vəziri Bozorqmehr Baxtaqanı qeyd edir.[1]
Qaydalar
[redaktə | vikimətni redaktə et]Turnik oyunu üçün açılmış nərd taxtasının minimum ölçüləri 44 sm x 55 sm, maxsimum ölçüləri isə 66 x 88 sm olmalıdır.[2]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ BOARD GAMES in pre-Islamic Persia. Arxiv surəti 24 iyul 2026 tarixindən Wayback Machine saytında İstifadə tarixi: 25 iyul 2026.
- ↑ Tournament Rules. İstifadə tarixi: 25 iyul 2026.