Dərin Paket Təftişi
Dərin Paket Təftişi – kompüter şəbəkəsi üzərindən göndərilən məlumatları (paketləri) ətraflı şəkildə yoxlayan və nəticədən asılı olaraq xəbərdarlıq etmək, bloklamaq, başqa marşruta yönləndirmək və ya qeydiyyata almaq kimi əməliyyatları yerinə yetirə bilən məlumat emalı növü. Dərin paket təftişi tətbiqlərin davranışının baza səviyyəsini müəyyənləşdirmək, şəbəkədən istifadənin təhlili, şəbəkə performansındakı problemlərin diaqnostikası, məlumatların düzgün formatda olub-olmadığını yoxlamaq, zərərli kodu aşkar etmək, dinləmə və internet senzurası[1] da daxil olmaqla müxtəlif məqsədlər üçün geniş istifadə olunur.[2] IP paketləri bir neçə başlıqdan ibarətdir. Şəbəkə avadanlığı normal işləməsi üçün adətən yalnız birinci başlıqdan (IP başlığından) istifadə edir. Bu tərifə baxmayaraq, ikinci başlığın (məsələn, TCP və ya UDP başlığının) yoxlanılması isə adətən dərin paket təftişi deyil, səthi paket təftişi (əksər hallarda vəziyyətə əsaslanan paket təftişi) hesab olunur.[3]
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- ↑ Duncan Geere, https://www.wired.co.uk/article/how-deep-packet-inspection-works Arxiv surəti 22 aprel 2019 tarixindən Wayback Machine saytında
- ↑ Dharmapurikarg, Sarang; Krishnamurthy, Praveen; Sproull, Todd; Lockwood, John. "Deep packet inspection using parallel bloom filters". 11th Symposium on High Performance Interconnects.
- ↑ Thomas Porter. "The Perils of Deep Packet Inspection". SecurityFocus.com. 11 yanvar 2005. 16 oktyabr 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2008.