Məzmuna keç

Şahbuz

Şəhər
Şahbuz
39°24′26″ şm. e. 45°34′23″ ş. u.HGYO
Ölkə Azərbaycan Azərbaycan
Əhalisi
Əhalisi
  • 3.200 nəf. (2012)
Xəritəni göstər/gizlə
Şahbuz xəritədə
Şahbuz
Şahbuz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şahbuz — Naxçıvan Muxtar Respublikasında Şahbuz rayonunun inzibati mərkəzi.[1] 7 dekabr 2007-ci il tarixli 511-IIIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şahbuz qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Şahbuz qəsəbəsinə şəhər statusu verilmiş, Şahbuz qəsəbə inzibati ərazi dairəsi Şahbuz şəhər inzibati ərazi dairəsi hesab edilmişdir.[2]

Toponimik izahı

[redaktə | vikimətni redaktə et]

Şahbuz Naxçıvan MR-də inzibati rayon mərkəzinin adı.[3]. Mənbədə Naxçıvan əyalətinin Dərə-Şahbuz nahiyəsinin adı idi. Şahbuz yaxınlıqdakı hündür yerdə qalıqları qalmaqda olan qədim qalanın adıdır.[4] Məntəqə yaxınlıqdakı Şahbuz qalasının adı ilə adlanmışdır. Qalanın adı isə farsca şəx "sıldırım (dik) qaya" və buz (türk dillərində bayz – "sıldırım") sözünün təhrif formasından ibarətdir.[5]

İlSayı
1989 2.283
2008 3.127
2012 3.200
Qəzet 1966-1991-ci illərdə "Qabaqcıl" adlanıb

Şahbuz Rayon İcra Hakimiyyətinin orqanı kimi ilk qəzet 1936-cı ildə "Sosializm maldarlığı" adı ilə nəşr olunmağa başlayıb.[6] Yarandığı ilk günlərdən rayonun ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatı ilə bağlı olub. Qəzet o dövrkü sovet cəmiyyətində sosializm ideyalarının təbliğinə, sosialist iqtisadiyyatının yaranmasına, yeni mənəvi-əxlaqi dəyərlərin meydana gəlməsinə xidmət edib. 1963-cü ildə Şahbuzun bir rayon kimi ləğv edilməsinə qədər "Sosializm maldarlığı" adı ilə nəşr olunan qəzet 3 il sonra – rayon yenidən yaradılanda "Qabaqcıl" adı ilə nəşr olunmağa başlayıb.[7] 1991-ci ilin sentyabrından isə yeni ictimai-siyasi vəziyyətlə – yəni sovet quruluşunun ləğv olunması ilə qəzetin adı dəyişdirilərək "Oğuz yurdu" qoyulmuşdur, 1992-ci ildə isə qəzetin adı müəyyən səbəblərdən[a] yenidən dəyişdirilmiş və "Oğuz səsi" adı ilə nəşrinə başlanılmışdır.[8]

Qəzetin ilk redaktoru Rəzzak Babayev, sonrakı redaktorları Abbas Rəcəbli, Müseyib Mehdiyev, Mənaf Xudiyev, Bayram Qurbanov, Əsəd Quliyev, Əhməd Əhmədov, Aslan Bağırov, Elşən Məmmədov, Tahir Fərzəliyev, İmran Məmişov olmuşdur. Bir vaxtlar rayonda savadsızlığın ləğv olunması uğrunda ciddi mübarizə aparan qəzetin sonradan böyük müəlliflər ordusunun yaranmasında, alimlərin, şairlərin, yazıçıların yetişməsində özünəməxsus rolu olmuşdur. Allahverdi Həziyev, Güllü Məmmədova, Xeyrulla Abbasov, Əhməd Məmmədov, Xanlar Səfərəliyev, Çərkəz Məhərrəmov, Şirzad Quliyev, Şəhla Nəbiyeva, Bağdagül Əsgərova, Minayə Abdullayeva və başqaları qəzetin ən tanınmış yazarlarıdır.

Uzun illər qəzetin tərkibində "Qönçə", hazırda isə "Məmməd Araz" adı ilə fəaliyyət göstərən ədəbi birlikdə onlarla şair yetişmiş, onların şeirləri xüsusi almanaxlarda dərc edilmişdir. 2003-cü ildə tədqiqatçı Əbülfəz Muxtaroğlunun redaktorluğu ilə nəşr olunan "Zorbulağın zümzüməsi" ədəbi almanaxında "Oğuz səsi" qəzetində fəaliyyət göstərən "Məmməd Araz" ədəbi birliyində toplaşan şahbuzlu yazarların şeirləri toplanmışdır.

Bundan əlavə 1986-cı ildən başlayaraq görkəmli ziyalı və aqronom-fenoloq Qaşdar Əliyevin qəzetdə "Təbiət və biz" sərlövhəsi altında dərc olunan yazıları Şahbuz rayonunun zəngin təbiətini bütün Azərbaycana tanıtmışdır. Jurnalistikanın "Qəzetdə qəzet" janrını 20 il "Oğuz səsi" qəzetində əks etdirən "Təbiət və biz" səhifəsinin 2006-cı ildə yubileyi olmuşdur.

  1. ↑ Böyük ehtimalla Oğuz rayonunun qəzeti ilə eyni adı daşıdığı üçün
  1. ↑ B.Budaqov, Q.Qeybullayev. Naxçıvan diyarınının yer yaddaşı. Bakı: Nafta-Press, 2004 s.105
  2. ↑ "Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şahbuz qəsəbəsinə şəhər statusunun verilməsi haqqında 7 dekabr 2007-ci il tarixli 511-IIIQ saylı Azərbaycan Respublikasının Qanunu". 10 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyun 2022.
  3. ↑ İrəvan əyalətinin icmal dəftəri s. 141.
  4. ↑ Шопен И. Elyustrialiya əsəri, s. 328.
  5. ↑ Mirzəyev Е.М. Elyusтraliya lüğəti,s. 65.
  6. ↑ "Muxtar respublikada milli mətbuatın 140 illik yubileyi qeyd olunub". 31 iyul 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2020.
  7. ↑ Şahverdiyev A. B. Azərbaycan mətbuatı tarixi. "Təhsil" nəşriyyatı, 2006
  8. ↑ "Naxçıvan Muxtar Respublikası Kütləvi İnformasiya vasitələri". 4 sentyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2020.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]