Məzmuna keç

H.O.S.T

Vikipediya, azad ensiklopediya
(H.O.S.T. səhifəsindən istiqamətləndirilmişdir)
H.O.S.T
H.O.S.T Alliance
Əsas məlumatlar
Üslub Hip-hop, rep
Fəaliyyət illəri 2007–2012
Ölkə Azərbaycan
Şəhər Bakı
Leybl HOST Production, Dayirman Production
Keçmiş üzvlər Qaraqan
AiD
PRoMete
Feck
Camal Əli
Felon De Jure
Errant
Dərviş
Əlaqəli layihələr Dəyirman

H.O.S.T (tam adı: H.O.S.T Alliance) — 2007–2012-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan rep qrupu. Qrupun adı hava, od, su və torpaq sözlərinin baş hərflərindən yaranmışdır. Fəaliyyəti dövründə qrupun tərkibində müxtəlif vaxtlarda səkkiz reper – Qaraqan, AiD, PRoMete, Feck, Camal Əli, Felon De Jure, Errant və Dərviş çıxış etmişdir.[1] Qrup 2000-ci illərin sonunda gənclər arasında geniş populyarlıq qazanmış, ortaq və solo albomlar buraxmış, 50-dən çox konsertdə çıxış etmişdir.[2]

Yaranması (2007)

[redaktə | vikimətni redaktə et]

Qrupun üzvləri birləşməzdən əvvəl ayrı-ayrılıqda rep fəaliyyəti ilə məşğul olurdular. Gələcək üzvlərin bir hissəsi 2005-ci ildən fəaliyyət göstərən "Baku Clan" kollektivində, PRoMete isə Sumqayıt Rep Birliyi (SRB) çərçivəsində çıxış edirdi.[mənbə göstərilməlidir] Qrup 2007-ci ildə "H.O.S.T Alliance" adı ilə fəaliyyətə başladı.[1][3] Alliance "Həyatım Əllərimdə" və "How We Rappin'" sinqllarından sonra ilk albomu olan "Proloq"u buraxdı; prodüser şirkəti ilə razılığa gəlməyən qrup albomu dinləyicilərə pulsuz paylamışdı.[1]

Tərkib dəyişikliyi və populyarlıq (2008–2011)

[redaktə | vikimətni redaktə et]

2008-ci ildə qrupun ən tanınmış mahnılarının toplandığı "Qarada Qırmızı" albomu çıxdı. Bu albom Camal Əli, Errant və Felon De Jure-nin qrup tərkibində son işi oldu; Dərviş də qrupdan ayrıldıqdan sonra musiqi fəaliyyətini dayandırdı.[1] 2009-cu ilin may ayına olan məlumata görə, qrupda dörd solist – Qaraqan (Elxan Zeynallı), AiD (Orxan Zeynallı), PRoMete (Pərviz İsaqov) və Fək (Fərhad Şabanov) qalmışdı; qrupun prodüseri Emin Əfəndi idi. Həmin dövrdə H.O.S.T Dəyirman qrupu ilə yaxından əməkdaşlıq edir, birgə mahnılar yazırdı.[3]

2009–2011-ci illərdə qrup "Reinkarnasiya", "EP v.01" və "Rekviem" konsertlərini keçirdi; bu dövrdə Qaraqanın "Qısa Qapanma" və AiD-in "Biz İnsan Deyilik" solo konsertləri də baş tutdu.[1] 2009-cu ildə AiD hərbi xidmətə getməzdən əvvəl solo albomunu buraxmaq qərarına gəlmişdi.[4] 14 fevral 2011-ci ildə dörd solistin iştirakı ilə PRoMetenin "14" albomu və "2012" klipi təqdim olundu. Qrup üzvləri o zaman Naxçıvan, Sumqayıt və Gəncədən konsert təklifləri aldıqlarını bildirmişdilər.[5]

"Beşikdən Məzara" və dağılma (2012)

[redaktə | vikimətni redaktə et]

2012-ci il fevralın 22-də qrup "Beşikdən Məzara" mahnısına çəkilmiş klipi təqdim etdi.[6] 4 mart 2012-ci ildə Bakı Dəniz Vağzalında qrupun beş illiyinə həsr olunmuş eyniadlı yubiley konserti keçirildi; konsertdə 2500-dən çox tamaşaçının iştirakı gözlənilirdi.[7][6] Bu konsert H.O.S.T-un sonuncu konserti oldu.[1]

AiD-in 2013-cü ildəki müsahibəsinə görə, onun hərbi xidmətdən qayıtmasından sonra üzvlərin hər biri solo mahnılar yazdığından qrup üçün yeni işlər ərsəyə gətirmək çətinləşmişdi; qrupun daim qalmaqallara cəlb olunması və üzvlər haqqında yayılan şayiələr də bu prosesə təsir göstərmişdi. Üzvlər son böyük konsertdən sonra hər birinin öz yolu ilə getməsi qərarına gəlmişdilər.[4] PRoMete isə qrupun dağılmasını münbit olmayan şəraitlə izah etmişdir.[1]

Səhnə adıƏsl adıQrupda olduğu dövrSonrakı fəaliyyəti
QaraqanElxan Zeynallı[3]2007–2012Yazıçı və reper; ABŞ-da yaşayır[1]
AiDOrxan Zeynallı[3]2007–2012Solo reper; ABŞ-da yaşayır[1]
PRoMetePərviz İsaqov[3]2007–2012Musiqi fəaliyyətini davam etdirir[1]
FeckFərhad Şabanov[3]2007–2012[mənbə göstərilməlidir]
Camal Əli (Jamal Ali)2007–2008Almaniyada yaşayır[1]
Felon De Jure2007–2008
Errant2007–2008
Dərviş2007–2008Musiqi fəaliyyətini dayandırıb[1]

Cədvəldə "Sonrakı fəaliyyəti" sütunundakı məlumatlar 2017-ci ilə aiddir.

Studiya albomları

[redaktə | vikimətni redaktə et]

Qrup fəaliyyət göstərdiyi illərdə həm ortaq, həm də üzvlərin HOST Production adı altında buraxılan solo albomlarını yayımlamışdır.[1]

İlAlbomLeyblQeyd
2007ProloqHOST ProductionDebüt albomu
2008Qarada QırmızıHOST ProductionOrtaq albom
2009Qısa QapanmaHOST ProductionQaraqanın solo albomu
2009EP v.01HOST ProductionMini albom (EP)
2010Biz İnsan DeyilikHOST ProductionAiD-in əsas layihəsi
201114HOST ProductionPRoMetenin solo albomu
2011İşıqHOST ProductionQaraqanın II solo albomu

Qrupun debüt studiya albomudur. Prodüser şirkətləri ilə razılığa gəlməyən qrup albomu dinləyicilərə pulsuz paylamışdır.[1] Layihənin bədii və ideoloji xətti, həmçinin fəlsəfi lirikası əsasən Qaraqan tərəfindən işlənmişdir. Sosial və tənqidi mövzularda olan mətnlərin formalaşmasında qrupun digər üzvləri Errant, PRoMete, AiD və Camal Əli yaxından iştirak etmişdirlər. Albomun səs strukturu və musiqi tərtibatı əsasən Errant-ın həm bəstəkar, həm də bitmeyker olaraq hazırladığı instrumental kompozisiyalar üzərində qurulmuşdur. Bununla yanaşı, Qaraqan və Felon De Jure bitmeyker olaraq ümumi musiqi arxitekturasına töhfə vermiş, treklərin səs mühəndisliyi (səs yazılışı və miks/masterinq) prosesini isə PRoMete həyata keçirmişdir.

№AdıMusiqiSözlər
1"Xronika"ErrantQaraqan
2"Yenə tək"naməlumQaraqan, Errant
3"Bakı"Felon De JureQaraqan
4"Gəl gedək"ErrantQaraqan
5"Propoqanda"ErrantQaraqan, Felon De Jure, Errant
6"Ümidlər qəbiristanlığı"naməlumQaraqan, AiD
7"Yorğun"QaraqanQaraqan, PRoMete, AiD
8"Mənim qaranlığım"ErrantQaraqan
9"Neçə"ErrantQaraqan, AiD, Camal Əli
10"Hava Od Su Torpaq"ErrantQaraqan, Felon De Jure, Errant, Camal Əli, PRoMete
11"İstəmirəm"ErrantQaraqan, PRoMete, Camal Əli
12"Məni qaytar"ErrantQaraqan
13"Proza"ErrantQaraqan
14"Həyatım əllərimdə"ErrantQaraqan, Camal Əli, Errant
15"How We Rappin'"ErrantFelon De Jure, Errant, Qaraqan

Qarada Qırmızı (2008)

[redaktə | vikimətni redaktə et]

Qrupun ikinci ortaq studiya albomudur; qrupun ən tanınmış mahnılarının bir çoxu bu albomda yer alır. Albom Camal Əli, Errant və Felon De Jure-nin H.O.S.T tərkibində son işi olmuşdur.[1] Albom idealizm və mövcud cəmiyyət arasındakı ziddiyyətləri konseptual çərçivədə tədqiq edir. "Proloq" albomundan fərqli olaraq, bu layihənin instrumental kompozisiyalarının ərsəyə gəlməsində Qaraqan bəstəkar və bitmeyker olaraq daha aktiv iştirak etmiş və layihənin ümumi melodik strukturunda onun musiqi tərtibatı üstünlük təşkil etmişdir. Bununla yanaşı, Errant albomun səs konsepsiyasının qurulmasında həm bəstəkar, həm də bitmeyker kimi iştirak edərək bir neçə əsas trekin musiqisini hazırlamış, PRoMete isə müəyyən kompozisiyalarda bəstəkar kimi töhfə vermişdir. Treklərin səs mühəndisliyi (yazılış, miks və masterinq) prosesi yenidən PRoMete tərəfindən idarə olunmuşdur. Albomdakı əksər mətnlərin müəllifi Qaraqan olsa da, "Azərbaycan", "Düşüncə", "Əlvida" və "Qarada Qırmızı" kimi tanınmış treklər qrup üzvlərinin kollektiv lirik töhfələrinin məhsuludur.

№AdıMusiqiSözlər
1"Ağlama"ErrantAiD, Dərviş, Qaraqan, PRoMete
2"Azad HOSTçular"QaraqanQaraqan, AiD
3"Azərbaycan"QaraqanAiD, Qaraqan, PRoMete
4"Bezmişəm"QaraqanQaraqan, AiD
5"Buza Dönəcəm"QaraqanQaraqan, PRoMete
6"Düşüncə"ErrantQaraqan, AiD, PRoMete
7"Əlvida"ErrantPRoMete, Errant, Qaraqan
8"Esmeralda"naməlumQaraqan
9"Etiraf Otağı"ErrantQaraqan
10"Maraqsız Mahnı"ErrantQaraqan
11"Mən Dəyişəcəm"PRoMetePRoMete
12"Mənim Mübarizəm"ErrantQaraqan
13"Prelüd"naməlumQaraqan
14"Nağıl"QaraqanAiD, Qaraqan
15"Qarada Qırmızı"QaraqanQaraqan, PRoMete, AiD
16"Sevgi Yoxdur"QaraqanQaraqan (vokal: Ayka)
17"Sidrətül Müntəha"QaraqanQaraqan
18"SMSlər Dünyanı Xilas Edəcək"QaraqanQaraqan

Qısa Qapanma (2009)

[redaktə | vikimətni redaktə et]

Qaraqan-ın ilk solo studiya albomudur. Qrupdaxili fəaliyyətlərin fərqli mərhələyə keçməsi ilə əlaqədar olaraq, albom fərdi konseptual xətdə ərsəyə gəlmişdir. Albomun lirik konsepsiyası, fəlsəfi və psixoloji mətnləri bütövlükdə Qaraqan tərəfindən qələmə alınmış, bəzi treklərdə isə AiD qonaq ifaçı kimi çıxış etmişdir. Albomun musiqi tərtibatı Qaraqanın özü tərəfindən formalaşdırılmışdır. Albomun səs mühəndisliyi və yekun miks/masterinq prosesi isə PRoMete tərəfindən həyata keçirilmişdir.

Qrupun əsasən AiD və PRoMete tandeminin aktiv iştirakı ilə ərsəyə gələn mini-albomudur (EP). Albom qrupun növbəti böyük layihələri üçün keçid xarakteri daşımışdır.

№Adıİfaçılar
1"Sus və Dinlə"AiD
2"Bəstəkar"AiD, PRoMete
3"Enigma"AiD, PRoMete, Qaraqan
4"M"AiD (vokal: Ayka)
5"Pıçıltı"AiD, PRoMete
6"Dinlə və Yoz"AiD, PRoMete
7"Adını Günəş Qoyacaq"PRoMete
8"Addım-addım"AiD, PRoMete
9"Qurtul"AiD, PRoMete
10"Dövri-intihar"AiD, PRoMete
11"Made in Baku"AiD, PRoMete

Biz İnsan Deyilik (2010)

[redaktə | vikimətni redaktə et]

Qrup üzvü AiD-in rəhbərliyi və əsas ifaçılığı ilə buraxılmış studiya albomudur. 17 kompozisiyadan ibarət olan bu layihədə insani hisslər, cəmiyyətin deqradasiyası və fərdi azadlıq mövzuları araşdırılmışdır. Treklərdə qrupun digər üzvləri PRoMete, Camal Əli və Qaraqan da qonaq ifaçı kimi çıxış edirlər.

PRoMete tərəfindən 14 fevral 2011-ci ildə HOST Production leyblı altında yayımlanmış solo studiya albomudur. Albom və "2012" klipi qrupun dörd solistinin iştirakı ilə keçirilən təqdimatda təqdim olunmuşdur.[5] Ümumi müddəti 43 dəqiqə olan alboma 14 trek daxildir. Albomda "Utopiya", "Adsız Mahnı" kimi fəlsəfi treklərlə yanaşı, Qaraqan ilə ortaq "2012" və "Aciz İnsan" işləri də yer almışdır.

Qaraqanın sayca ikinci solo studiya albomudur. 12 aprel 2011-ci ildə yayımlanan albomun icraçı prodüserliyi Abdul Muzzi və az-ya tərəfindən edilmişdir. Səs uzlaşması (mix/master) prosesində Vusal Beat Pro və PRoMete iştirak etmişdir. Albomun ümumi müddəti 79 dəqiqə 40 saniyədir.

Cəmiyyətdə qarşılanması

[redaktə | vikimətni redaktə et]

AiD-in sözlərinə görə, qrupun populyarlığı dövründə şəhərdə H.O.S.T-un plakatları asılır, divarlara qrupun adı yazılır, qrupun brendi ilə köynəklər satılırdı; o, Azərbaycanda bundan əvvəl belə hallar olmadığını qeyd etmişdir.[4] 2009-cu ilin mayında qrup üzvləri bəzi şəxslərin qrupun adından və simvolikasından siyasi məqsədlərlə istifadə etdiyini bildirərək bundan uzaq olduqlarını açıqlamışdılar.[3]

2010-cu ildə Qaraqanın Milli Kitab Müsabiqəsində qalib gəlmiş "A" romanı ətrafında plagiat iddiaları səsləndi; Qaraqan Azadlıq Radiosuna müsahibəsində bu iddialara cavab vermişdir.[8]

Sırat körpüsü (2007)

[redaktə | vikimətni redaktə et]

Azərbaycan istehsalı olan layihənin musiqi tərtibatında H.O.S.T qrupunun musiqi bazasından və kompozisiyalarından istifadə olunmuşdur. Ekran işinin səs atmosferini formalaşdırmaq üçün qrupun mövcud səs strukturları və instrumental melodiyaları inteqrasiya edilmişdir.[mənbə göstərilməlidir]

Qanadlarıma sığal çək (2008)

[redaktə | vikimətni redaktə et]

Layihənin musiqi konsepsiyası həm fərdi bəstələr, həm də qrupun ortaq işləri əsasında qurulmuşdur. Ekran işində Errant-ın bəstəkar və bitmeyker olaraq ərsəyə gətirdiyi instrumental kompozisiyalardan geniş istifadə olunmuş, həmçinin H.O.S.T qrupunun kollektiv layihəsi olan "Ağlama" trekinin musiqi strukturuna yer verilmişdir.[mənbə göstərilməlidir]

Yalançılar (2008)

[redaktə | vikimətni redaktə et]

Ekran işinin bədii və musiqi quruluşunda fərqli bəstəkarların əməyindən istifadə edilmişdir. Layihənin giriş (intro) hissəsinin musiqi tərtibatı və melodik xətti bəstəkar Elvin Əmrahlının bəstəsi əsasında formalaşdırılmış, ümumi səs strukturu isə PRoMete tərəfindən tamamlanmışdır.[mənbə göstərilməlidir]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 "Bir dövrə iz qoymuş əfsanəvi H.O.S.T.'un yaranmasından 10 il keçir". Bizim Yol (az.). 11 avqust 2017. 13 oktyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2026.
  2. ↑ "Biletləri 20 saata satıldı, konsert iki gün olacaq". Milli.Az (az.). 19 oktyabr 2022. 7 noyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2026.
  3. 1 2 3 4 5 6 7 "Что случилось с рэп-группой «HOST Alyans»?". 1news.az (rus). 14 may 2009. İstifadə tarixi: 17 oktyabr 2026.
  4. 1 2 3 Əliyeva, Kamilla. "«Главное – это когда твои песни понимают…»". Zerkalo (rus). 7 iyun 2013. 4 iyul 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2026.
  5. 1 2 "H.O.S.T: Gənclərin problemi sərbəst olmamağındadır". Lent.az (az.). 14 fevral 2011. 9 dekabr 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2026.
  6. 1 2 "H.O.S.T yeni klipini təqdim etdi". Qafqazinfo (az.). 22 fevral 2012. İstifadə tarixi: 17 oktyabr 2026.
  7. ↑ "HOST 5 yaşını yubiley konsertilə qeyd edəcək". 525-ci qəzet (az.). 29 fevral 2012. İstifadə tarixi: 17 oktyabr 2026.
  8. ↑ "Elxan Qaraqan: "Kim istəyir əsərimi plagiat saysın, kim istəyir saymasın"". Azadlıq Radiosu (az.). 12 iyul 2010. 25 avqust 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2026.