Məzmuna keç

Ermənistan Sovet Sosialist Respublikası

Vikipediya, azad ensiklopediya
(Ermənistan SSR səhifəsindən istiqamətləndirilmişdir)
Tarixi dövlət
Ermənistan Sovet Sosialist Respublikası
«
  • Պրոլետարներ բոլոր երկրների, միացե՜ք
»

«Bütün ölkələrin proletarları birləşin!»
Ermənistan SSR-nin himni
29 noyabr 1920 — 25 dekabr 1991
Paytaxt İrəvan
Dil erməni dili, rus dili
Pul vahidi SSRİ rublu
Əhalisi
  • 3.280.000 nəf.
İdarəetmə forması sovet respublikası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ermənistan SSR (erm. Հայկական Խորհրդային Սոցիալիստական Հանրապետություն) — Ermənistan Sovet Sosialist Respublikası. SSRİ-nin tərkibinə daxil olan 15 ittifaq ölkələrindən biri. 29 noyabr 1920-ci ildə təşkil olunmuşdur. SSRİ-nin qurulduğu ilkin dövrlərdə Zaqafqaziya SFSR-in tərkibində olub.

Ermənistan SSR-i əsasən İrəvan quberniyasına, qismən Yelizavetpol quberniyasına, Tiflis quberniyasına və Qars vilayətinə daxil olan ərazilər hesabına yaradılıb.[1] Erməni müəllif Bədəlyanın 1953-cü ildə İrəvanda nəşr edilən "Rusiya tərəfindən birləşdirilməsindən günümüzədək Ermənistan əhalisi" adlı kitabının 51-ci səhifəsində verilən məlumatlara əsasən 1886-cı ildə aparılmış kameral sayımın nəticələri və həmin tarix üçün inzibati-ərazi bölgüsü nəzərə alınarsa ərazi olaraq İrəvan quberniyasının İrəvan qəzasının 90,40%-i, Aleksandropol qəzasının 100,00%-i, Yeni Bəyazid qəzasının 100,00%-i, Eçmiədzin qəzasının 100,00%-i, Şərur-Dərələyəz qəzasının Dərələyəz şöbəsi 100,00%-i, Naxçıvan qəzasının 5,40%-i, Yelizavetpol quberniyasının Zəngəzur qəzasının 59,60%-i, Qazax qəzasının 44,50%-i, Tiflis quberniyasının Borçalı qəzasının 35,30%-i, Qars vilayətinin Qars dairəsinin 14,70%-i Ermənistan SSR-in tərkibinə daxil olmuşdur.

İnzibati-ərazi bölgüsü

[redaktə | vikimətni redaktə et]
  1. ↑ Бадалян А. Население Армении со времен приосединения ее к России до наших дней, Известия Академии наук Армянской ССР, Общественные науки 1953, Издание 5-ое, стр. 50–51